“Liverpul” ardıcıl üç ağır məğlubiyyətlə 72 illik antirekordunu təkrarladı

Xəbərlər
27 Noyabr 2025 10:32
20
“Liverpul” ardıcıl üç ağır məğlubiyyətlə 72 illik antirekordunu təkrarladı

“Liverpul” futbol komandası son oyunlarda tarixi dərəcədə ağır nəticələr əldə edib. “Mersisayd” təmsilçisi ardıcıl olaraq “Mançester Siti”yə 0:3, “Nottinqem Forest”ə 0:3 və Çempionlar Liqasında PSV-yə 1:4 hesabı ilə məğlub olaraq 72 illik antirekordu yenidən təkrarlayıb.

İdman.Biz xəbər verir ki, “Liverpul” sonuncu dəfə 1953-cü ildə ardıcıl üç dəfə böyük hesabla uduzmuşdu. Həmin mövsümdə komanda İngiltərənin aşağı liqasına düşmüşdü.

Klub, həmçinin, 33 ildən sonra ilk dəfə ardıcıl üç oyunda minimum üç qol buraxıb.

Komandanın durumu son aylarda daha da gərginləşib - “Liverpul” son 12 oyunun 9-unda məğlub olub. Bu statistika həm azarkeşlər, həm də futbol analitikləri arasında ciddi narahatlıq yaradıb.

Matçdan sonra baş məşqçi Arne Slot vəziyyətə baxmayaraq özünü sakit aparıb və istefa fikrinin gündəmdə olmadığını bildirib: “Mən özümü təhlükəsiz hiss edirəm, hər şey qaydasındadır. Yuxarıdan böyük dəstək alıram”.

Analitiklər klubun bu geriləməsinin taktiki boşluqlar, müdafiə xəttindəki qeyri-sabitlik və komandanın psixoloji durumundakı problemlərlə əlaqəli olduğunu bildirirlər.

İdman.Biz

Məqalədə: