“Flamenqo” futbol klubunun azarkeşləri Libertadores Kubokunun finalına yollanan komandanın avtobusunu yola salarkən sosial şəbəkələrdə böyük rezonans doğuran görüntülər yayılıb.
İdman.Biz xəbər verir ki, yayılan kadrlarda bəzi azarkeşlərin avtobusun tavanındakı lyuklardan içəri daxil olduqları görünür.
Avtobusa daxil olan azarkeşlərin futbolçularla qucaqlaşdığı, selfi çəkdiyi və hətta bəzilərinin oyunçuların formalarını çıxardıqları bildirilir. Məlumata görə, bu anlarda yarı şok vəziyyətində qalan komandanın futbolçularından Jorjinyo avtobusda köynəksiz oturarkən görüntülənib.
Rio-de-Janeyro küçələrində komandanın yola salınmasına bir neçə min azarkeş qatılıb.
Braziliya mətbuatında həmçinin klubun daha əvvəl BMT-yə müraciət edərək “Flamenqo” və onun fanatlarının ayrı bir “xalq” kimi tanınması üçün rəsmi müraciət etdiyi barədə məlumatlar da yer alıb.
