“Qarabağ” V turdan sonra bir nominasiyada ilk “3-lük”də yer alıb

Xəbərlər
27 Noyabr 2025 09:44
33
“Qarabağ” V turdan sonra bir nominasiyada ilk “3-lük”də yer alıb

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk beş qarşılaşmada topu rəqibdən alma göstəricisinə görə üçüncü yerdə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan klubunun futbolçuları bu oyunlarda ümumilikdə 227 dəfə rəqibdən top qoparmağı bacarıblar.

İspaniyanın "Atletik" (257) komandası bu nominasiyada birinci, Belçikanın "Yunion" (246) kollektivi ikincidir.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının V turunda səfərdə “Napoli”yə 0:2 hesabı ilə yenilib. “Köhlən atlar” hazırda 7 xalla turnir cədvəlinin 19-cu pilləsində yerləşir.

İdman.Biz

Məqalədə: