La Liga TV “Real Madrid”in son matçlardakı oyun idarəçiliyini və xüsusilə edilən dəyişiklikləri kəskin tənqid edib.
İdman.Biz xəbər verir ki, kanalın analizində komandanın qola ehtiyac duyduğu və ya oyuna nəzarəti ələ almağa çalışdığı anlarda baş məşqçi Xabi Alonsonun etdiyi əvəzetmələrin “məntiqsiz və anlaşılmaz” göründüyü deyilir.
Jurnalistlər bildiriblər ki, ardıcıl matçlarda eyni sual ortaya çıxır:
“Madrid təmsilçisi nə etməyə çalışır və niyə bu dəyişiklikləri edir?”
Müzakirələrdə əsas mövzulardan biri də Rodriqonun uzun sürən qol qıtlığı seriyası olub. Braziliyalı hücumçu artıq 30 matçdır qol vura bilmir. Bu, “Real Madrid” tarixində bütün hücumçular arasında ən pis göstəricidir.
Qeyd edək ki, “Real” səfər oyununda “Jirona” ilə bacarmayıb və komandanı məğlubiyyətdən Mbappenin vurduğu bir qol xilas edib.
