MLS Kuboku finalında Şərq Konfransının qalibi “İnter Mayami” ilə Qərb Konfransının qalibi “Vankuver Uaytkeps” üz-üzə gələcək və futbol dünyasının gözü yenidən iki ulduzun duelinə çevriləcək: Lionel Messi və Tomas Müller.
İdman.Biz xəbər verir ki, Müllerin MLS-ə gəlişi zarafat dolu, amma iddialı mesajla müşayiət olunmuşdu.
Alman ulduz “Vankuver”ə transfer olunarkən keçmiş “Bavariya” komanda yoldaşlarının yanında belə demişdi:“Mən Messini yenidən ovlayacağam”.
Bu inam təsadüfi deyil. Statistika Müllerin Messiyə qarşı üstünlüyünü açıq göstərir. Dünya çempionatları və Çempionlar Liqasındakı qarşıdurmalarda Tomas Müller 7 qələbə, Lionel Messi isə 3 qələbə qazanıb.
Bu siyahıya məşhur 8:2 nəticəsi ilə yadda qalan “Barselona” - “Bavariya” oyunu və 2014 Dünya Kubokunun finalı da daxildir.
Müller Qərb Konfransı titulunu qazandıqdan sonra finalda Messi ilə qarşılaşmaq arzusunu gizlətməyib: “Mən bu finalı istəyirdim”.
MLS tarixinin ən böyük qarşıdurmalarından birinin yaşanacağı Miami finalı üçün bütün bilet və izləmə haqları rekord səviyyədə maraq doğurub. Messi və Müllerin Şimali Amerikada yeni duelə çıxması futbol dünyasında böyük rezonans yaradıb.
