Okan Burukun derbi performansı: “Qalatasaray”ın uğurlu seriyası diqqət çəkir

Xəbərlər
1 Dekabr 2025 09:09
46
Okan Burukun derbi performansı: “Qalatasaray”ın uğurlu seriyası diqqət çəkir

Türkiyə Super Liqanın XIV turunda bu gün Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək “Fənərbağça” - “Qalatasaray” derbisi öncəsi “sarı-qırmızılılar”ın baş məşqçisi Okan Burukun derbi statistikası araşdırılıb. 52 yaşlı mütəxəssis bu oyunda “Qalatasaray”la 17-ci dəfə derbiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, Buruk son üç mövsümü çempion tamamlayan “Qalatasaray”la derbilərdə yüksək göstəricilər əldə edib. O, “Fənərbağça” və “Beşiktaş”a qarşı 16 rəsmi matçda 9 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət yaşayaraq ümumi üstünlük əldə edib.

“Fənərbaxça”ya qarşı üstünlük
Okan Buruk “Qalatasaray”ın başına keçdikdən sonra “Fənərbaxça”ya qarşı təsirli performans göstərib. O, rəqibə qarşı 6 liqa matçı, həmçinin TFF Super Kuboku və Türkiyə Kuboku oyunlarında ümumilikdə 5 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət alıb. Bu qarşılaşmalarda “Qalatasaray” 14 qol vurub (3-ü texniki qələbədən), 3 qol buraxıb.

Kadıköydə məğlubiyyətsiz seriya
Okan Burukun komandası “Fənərbağça” səfərində də itkisiz çıxış edib. Təcrübəli baş məşqçi Kadıköydə biri Türkiyə Kuboku, 3-ü Super Liqa olmaqla 4 oyunda 3 qələbə və 1 heç-heçə əldə edib. Bu matçlarda “sarı-qırmızılı”lar 8 qol vurub, 2 qol buraxıb.

“Beşiktaş”a qarşı göstəricilər
Burukun rəhbərliyi altında “Qalatasaray” “Beşiktaş”la biri Super Kubok, 7-si Super Liqa olmaqla ümumilikdə 8 dəfə qarşılaşıb. “Sarı-qırmızılılar” bu oyunlarda 4 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət alıb. Bu matçlarda “Qalatasaray” 10 qol vurub, 14 qol buraxıb.
Derbi öncəsi Okan Burukun statistikası “Qalatasaray”ın rəqiblərinə qarşı son illərdə qurduğu üstünlüyü bir daha göstərir.

İdman.Biz

Məqalədə: