Türkiyənin “Fənərbağça” futbol klubu “Real Madrid”in müdafiəçisi Antonio Rüdigeri diqqət mərkəzinə alıb.
İdman.Biz xəbər verir ki, jurnalist Ekrem Konurun məlumatına görə, İstanbul təmsilçisi alman müdafiəçini yaxından izləyir və mümkün transfer üçün şəraitin formalaşmasını gözləyir.
Rüdiger hazırda Madrid klubunda illik 15 milyon avro maaş qazanır (28,2 milyon AZN). “Fənərbağça” isə onu İspaniya paytaxtından ayırmaq üçün 2+1 illik müqavilə təklifi hazırlayır.
Lakin klub bu yarışda tək deyil. Məlumata görə, A Seriyası, La Liqa, Premyer Liqa və Səudiyyə Ərəbistanından bir neçə klub da təcrübəli müdafiəçini heyətinə qatmaqda maraqlıdır.
Rüdigerin “Real Madrid”də gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
