Lamin Yamal: “Mən Messi olmayacam”

Xəbərlər
1 Dekabr 2025 17:41
30
Lamin Yamal: “Mən Messi olmayacam”

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Lamin Yamal ulduz futbolçu Lionel Messiyə münasibətini açıqlayıb.

İdman.Biz xəbər verir ki, gənc oyunçu CBS-ə müsahibəsində Messi ilə bağlı yüksək fikirlər səsləndirsə də, onu təqlid etmək niyyətində olmadığını vurğulayıb.

Yamal bildirib ki, Messiyə futbol tarixindəki yeri və gördüyü işlər üçün böyük hörmət bəsləyir:

“Onun futbolda nəyi təmsil etdiyini anlayıram. Qarşılaşsaq, qarşılıqlı hörmət olacaq. Məncə, o, bütün zamanların ən yaxşı futbolçusudur”.

Lakin 17 yaşlı cinah oyunçusu öz yolunu yaratmaq istədiyini qeyd edib:

“Messi mənim yaxşı futbolçu olduğumu bilir və mən də ona böyük dəyər verirəm. Bu hiss qarşılıqlıdır. Amma mən Messi olmaq istəmirəm. Öz yolumu getmək istəyirəm. Onun kimi oynamaq, ya da onun üçün məşhur olan “on nömrə”ni daşımaq kimi bir niyyətim yoxdur.”

İdman.Biz