“Real Madrid” rəhbərliyi Xabi Alonsoya inamını qoruyur, amma şərtləri də var

Xəbərlər
1 Dekabr 2025 17:51
28
“Real Madrid” rəhbərliyi Xabi Alonsoya inamını qoruyur, amma şərtləri də var

İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi baş məşqçi Xabi Alonsoya etibarını qoruyur, amma konkret şərtlər daxilində.

İdman.Biz xəbər verir ki, Çempionlar Liqasında “Olimpiakos” üzərində 4:3 hesablı qələbədən sonra vəziyyətin yoluna düşdüyü görünmüşdü.

Lakin “Jirona” ilə matçda 1:1 hesablı nəticə, çempionat matçında ardıcıl üçüncü dəfə xal itkisi klub rəhbərliyini narahat edib. Çünki bu 3 oyunda 6 xal itirilib və “Barselona” liqada mövqeyini möhkəmləndirib.

Klub dəyişiklik planlaşdırmır, amma Alonsoyu dəstəkləsələr belə, komandadan “isti” reaksiya - daha aydın oyun, daha yüksək enerji və nəticə - gözlənilir.

İdman.Biz