Bizon Azərbaycan Kubokunun 1/8 final final mərhələsində I Liqa təmsilçisi “Baku Sportinq” “Şamaxı”nın qonağı olacaq.
“Baku Sportinq”in məşqçisi Röyal Nəcəfov “qırmızı-qaralar”la oyunla bağlı gözləntilərini fanat.az-a açıqlayıb.
“Hazırda üç-dörd zədəli futbolçumuz olduğu üçün məcburi dəyişikliklər etməliyik. Buna baxmayaraq, oyuna yaxşı hazırlaşırıq. Bilirik ki, bizi ağır matç gözləyir. “Şamaxı”ya qarşı layiqli mübarizə aparmağa çalışacağıq”.
Qeyd edək ki, “Şamaxı” - “Baku Sportinq” görüşü noyabrın 3-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək. Meydan sahibləri mübarizəyə bu mərhələdən qoşulacaqlarsa, Bakı təmsilçisi 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası “Göygöl”ü 2:0 hesabı ilə yenərək Premyer Liqa klubu ilə qarşılaşmaq hüququ qazanıb.
