Gərgin keçən oyun Fransa Kubokunun 1/64 final mərhələsində baş verib.
İdman.Biz xəbər verir ki, kubok oyununda altıncı liqadan olan iki klub - “Stenvord” və “Stad Betunua” üz-üzə gəlib.
Əsas vaxt 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün komandalar penaltiləri yerinə yetirməli olublar və bu seriyada 44 zərbə vurulub.
Nəticədə “Stad Betunua” 21:20 hesabı ilə qələbə qazanıb.
Bu penalti seriyası Fransa Kubokunun tarixində rekord hesab olunur. Növbəti mərhələdə klub “Lans”la qarşılaşacaq. Qeyd edək ki, “Lans” hazırda Fransa çempionatında lider mövqedədir. Hazırkı Fransa Kuboku sahibi isə, şübhəsiz ki, “PSJ”dir.
