“Liverpul” “Real Madrid”in yarımmüdafiəçisini hədəfə alıb

Xəbərlər
1 Dekabr 2025 19:46
34
“Liverpul” “Real Madrid”in yarımmüdafiəçisini hədəfə alıb

“Liverpul” klubu yeni yarımmüdafiəçi əldə etməkdə maraqlıdır.

İdman.Biz-in “Caught Offside” saytına istinadən məlumatına görə, İngiltərə klubu “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqanı nəzərdən keçirir.

Fransalı futbolçu İspaniya nəhəngi ilə 2029-cu ilin yayına qədər olan uzunmüddətli müqavilə imzalayıb. Transfermarkt saytına görə, onun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Bu mövsüm Eduardo Kamavinqa “Real Madrid” üçün bütün yarışlarda 14 rəsmi oyunda iştirak edib. Bu matçlarda yarımmüdafiəçi bir qol və bir məhsuldar ötürmə edib.

İdman.Biz