“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem “qırmızı şeytanlar”ın cari İngiltərə Premyer Liqası mövsümündəki çıxışını şərh verib.
İdman.Biz bildirir ki, 13-cü turda “Kristal Palas”la oyununda Ruben Amorimin komandası 2:1 hesablı qələbə qazanıb.
“Düşünürəm ki, menecerin vəziyyəti dəyişdiyinə dair əlamətlər var. O, bir neçə şeyi dəyişdirib və biz daha yaxşı nəticələr əldə etməyə başlayırıq. Hələ qarşıda uzun bir yol var və bir neçə oyunda o qədər də yaxşı oynamadıq.
Amma düşünürəm ki, yaxşı bir menecerimiz var və o, tədricən vəziyyəti dəyişir”, - Bekhem Sky Sports-un X sosial media platformasında verdiyi açıqlamada deyib.
Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 21 xalla yeddinci yerdədir.
