U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində ikinci qarşılaşmasında uduzub - YENİLƏNİB

Xəbərlər
15 Noyabr 2025 20:23
127
U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində ikinci qarşılaşmasında uduzub - YENİLƏNİB

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirib.

İdman.Biz xəbər verir ki, 13-cü qrupda yer alan milli Şimali İrlandiya ilə üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına məğlub olmuşdu - 1:6.

13:35

Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, 13-cü qrupda yer alan komanda Şimali İrlandiya ilə üz-üzə gələcək.

Qarşılaşma Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyunu qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.

İdman.Biz