Ceymi Karaqer “Mançester Siti”yə sataşdı: “Onlar titul və kubok qazana bilərlər, amma...”

Xəbərlər
11 Noyabr 2025 13:42
50
Ceymi Karaqer “Mançester Siti”yə sataşdı: “Onlar titul və kubok qazana bilərlər, amma...”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karaqer son illər “Mançester Yunayted” və “Mançester Siti” arasındakı rəqabətə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 47 yaşlı Karaqerin fikirlərini “Daily Mail” nəşr edib.

“”Mançester Siti” heç vaxt “Mançester Yunayted”dən böyük olmayacaq. Eləcə də “Liverpul” – “Mançester Siti” qarşılaşması heç vaxt “Liverpul” - “Mançester Yunayted” duelindən daha populyar ola bilməz. Bu, sadəcə mümkün deyil və heç vaxt baş verməyəcək. Tarixən belə formalaşıb ki, “Liverpul” və “Mançester Yunayted” bu ölkənin ən böyük iki komandasıdır. Məncə, bu, heç vaxt dəyişməyəcək” - deyə Ceymi Karaqer qeyd edib.

Sabiq “Liverpul”lu əlavə edib ki, bu heqemonluq sonradan güclənən komandalar üçün çətinlik yaradır.

“Onlar (“Mançester Siti”) daha çox titul və kubok qazana bilərlər, əgər qalib gəlməyə davam etsələr və “Mançester Yunayted” diqqət mərkəzindən kənarda qalsa belə, bu ölkədə hansısa klubun “Liverpul”u və ya “Mançester Yunayted”i ölçü və status baxımından ötəcəyini təsəvvür etmək çətindir”, - deyə Ceymi Karaqer vurğulayıb.

İdman.Biz

Məqalədə: