Flikdən “Barselona” ilə inanılmaz seriya – mükafatını da aldı

29 Sentyabr 2026 18:37
82
Flikdən “Barselona” ilə inanılmaz seriya – mükafatını da aldı

Hans Flik “Barselona” ilə sentyabr ayında La Liqada göstərdiyi mükəmməl nəticələrdən sonra ayın ən yaxşı məşqçisi seçilib.

İdman.Biz xəbər verir ki, “Barselona” sentyabr ayında keçirdiyi dörd liqa matçının hamısında qələbə qazanıb. Seriya “Mestalya”da “Valensiya” üzərində 5:0 hesablı qələbə ilə başlayıb. Ardınca kataloniyalılar səfərdə “Levante”ni 4:2 hesabı ilə məğlub edib, “Spotify Kamp Nou”da isə “Rasinq”i 7:2 hesabı ilə darmadağın ediblər.

Flikin komandası ayı “Sevilya” üzərində 3:1 hesablı qələbə ilə başa vuraraq turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub.

Almaniyalı mütəxəssis bu mövsüm ilk dəfə ayın məşqçisi seçilib. Flik yekun səsvermədə “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone və “Real Betis”in çalışdırıcısı Manuel Pelleqrinini geridə qoyub.

Flik ötən mövsüm La Liqada avqust ayının ən yaxşı məşqçisi seçilmişdi.

İdman.Biz