Madrid “Real” klubunun hücumameyilli yarımmüdafiəçisi Arda Güler oktyabr ayının yekunlarına əsasən komandanın ən yaxşı futbolçusu seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən ay 20 yaşlı yarımmüdafiəçi bütün turnirlər daxil olmaqla dörd oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə, türk futbolçunun hesabında 15 matçda üç qol və altı assisti var.
İspaniya çempionatının XI turundan sonra “Real”(Madrid) 30 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Komanda ikinci yerdə olan “Barselona”dan beş xal irəlidədir. Xabi Alonsonun yetirmələri noyabrın 9-da səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq.
