“Qarabağ” - “Çelsi” oyununun hakimləri AÇIQLANDI - VİDEO

Xəbərlər
3 Noyabr 2025 14:22
70
“Qarabağ” - “Çelsi” oyununun hakimləri AÇIQLANDI - VİDEO

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununun təyinatları müəyyənləşib.

İdman.Biz xəbər verir ki, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastian Qishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Şreyner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Şutenqryuber, AVAR-da Yozef Şpurni əyləşəcəklər.

Qeyd edək ki, “Qarabağ” - “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz

Məqalədə: