“Turan Tovuz” Kurban Berdıyevlə müqaviləni uzatdı

27 Oktyabr 2025 18:26
230
“Turan Tovuz” Kurban Berdıyevlə müqaviləni uzatdı

Futbol üzrə Azərbaycan Premyer Liqadasında çıxış edən “Turan Tovuz” klubunun rəhbərliyi komandanın baş məşqçisi, rusiyalı mütəxəssis Kurban Berdıyevlə müqavilədəki opsiyanı uzadıb.

Bu barədə İdman.Biz-ə klubun idman direktoru Səməd Nəsibov məlumat verib:

“Biz yeni müqavilə imzalamamışıq. Berdıyevlə aramızdakı müqavilə “2+1” sxemi üzrə idi, lakin biz 2026-cı ilin bitməsini gözləmədən, üçüncü ilin razılığını indidən əldə etdik” - deyə klubun idman direktoru qeyd edib.

Qeyd edək ki, K. Berdıyev 2024-cü ilin iyun ayından “Turan Tovuz”un baş məşqçisidir.

Vüqar Vüqarlı

İdman.Biz