Stolüstü tennisçimiz Avropa çempionatında ilkə imza atıb

19 İyul 2026 09:17
328
Stolüstü tennisçimiz Avropa çempionatında ilkə imza atıb

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə nail olub.

İdman.Biz xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkem Öcalla birlikdə mübarizə aparan Onur 1/4 finalda Çexiya idmançılarına qalib gələrək yarımfinala adlayıb.

Bununla ən azı üçüncü yeri təmin edən Onur müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Onur Quluzadə-Görkəm Öcal cütü bu gün keçiriləcək 1/2 finalda Avstriya-İspaniya tandemini təşkil edən Luis Fegerl-Ladimir Mayorov cütü ilə qarşılaşacaq.

İdman.Biz