Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında stolüstü tennis yarışları davam edir.
İdman.Biz xəbər verir ki, artıq şəxsi növ üzrə finalçılar və bürünc mükafatçılar məlumdur.
Nəticələrə əsasən, yarımfinalda uduzan Camal Kərim, İsgəndər İsgəndərov, Səidə Qulizadə və Minəxanım Banluyeva üçuncü olub. Oğlanların yarışında qalibi Əliəkbər Mirzəliyevlə Saleh Hümbətov, qızlarda isə Alina Muradiyeva ilə Gülnur Kərimli müəyyənləşdirəcək.
Final görüşləri iyunun 24-də keçiriləcək.
