Stolüstü tennisçilərimiz Avropa çempionatında iştirak edəcəklər

9 İyul 2026 12:10
82
Stolüstü tennisçilərimiz Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli komandanın üzvləri bu məqsədlə Portuqaliyaya yola düşüblər.

Qondomar şəhərində təşkil olunacaq yarışda kişilərdən ibarət komandanın baş məşqçisi Mixail Timofeyevlə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iyulun 10-dan 19-dək keçiriləcək çempionatın oyunlarını idarə edəcək.

İdman.Biz