Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçirilən oyunun (0:3) ən yaxşı oyunçularından biri seçilib.
İdman.Biz xəbər verir ki, “Sofascore”un məlumatına görə, Mustafazadə müdafiədəki çıxışına görə komandanın ən yüksək - 7,7 bal qiymətini alıb.
Futbolçu rəqibdən topu beş dəfə alıb, səkkiz zərbəni bloklayıb və iki dəfə topu ələ keçirərək müdafiədə önəmli rol oynayıb.
Eyni zamanda, “qol + ötürmə” sistemi üzrə Fransa yığmasının lideri Kilian Mbappe oyunun ən yaxşısı seçilib və görüşün əsas qəhrəmanına çevrilib.
Beləliklə, Mustafazadə və Mbappe öz mövqelərində matçın ən yaxşıları olublar.