Sabiq futbolçu Zlatan İbrahimoviç mövsümün əsas turnirlərində qalib olacağını düşündüyü komandaların, həmçinin “Qızıl top” uğrunda əsas favoritinin adını açıqlayıb.
İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, İbrahimoviç Çempionlar Liqasının qalibi kimi “Barselona”nı görür. O, kataloniyalıların İspaniya çempionatında da birinci olacağını düşünür.
İsveçlinin fikrincə, İngiltərə Premyer Liqasının qalibi “Mançester Siti”, İngiltərə Kubokunun sahibi isə “Çelsi” olacaq.
İbrahimoviç “Qızıl top” üçün əsas namizədinin də “Barselona” və İspaniya millisinin cinah oyunçusu Lamin Yamal olduğunu bildirib.
Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
