FİFA penalti qaydasını dəyişdirməyi planlaşdırır

Xəbərlər
29 Sentyabr 2025 04:15
29
FİFA penalti qaydasını dəyişdirməyi planlaşdırır

Beynəlxalq Futbol Federasiyası (FİFA) penaltilərin icrası qaydasını dəyişdirməyi planlaşdırır.

İdman.biz "Bild"ə istinadən xəbər verir ki, yeni qaydaya əsasən, futbolçular penalti zərbəsi zamanı top əgər qapıçının müdaxiləsindən sonra qayıdarsa, ona təkrar toxuna bilməyəcəklər.

Hazırkı təklifdə topun qapı dirəyinə dəyməsi halı üçün xüsusi qayda göstərilməyib.

Qaydanın qüvvəyə minməsi üçün əvvəlcə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməsi və daha sonra praktik sınaqlardan keçirilməsi tələb olunur.

İdman.biz