Bakıda "Koroğlu" metrostansiyasının qarşısında piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
İdman.Biz xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, hadisə piyada məsuliyyətsizliyi nəticəsində baş verib. Qəza zamanı vurulan qadının həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, qəzanı törədən şəxs MOİK-in futbolçusu İbrahim Novruzovdur.
Əldə olunan məlumata görə, gənc futbolçu yaxın zamanda ailə qurubmuş. Hadisə ilə bağlı araşdırma aparılır.

