"Espanyol" yenə qələbə qazana bilmədi

28 Aprel 2026 01:08
457
"Espanyol" yenə qələbə qazana bilmədi

İspaniya La Liqasının 32-ci turunda "Espanyol" doğma meydanda "Levante" ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Matçın sonlarında meydan sahibləri azlıqda qalıb. Pol Lozano qısa müddətdə iki sarı vərəqə alaraq meydandan qovulub.

Kataloniya təmsilçisi qələbəsiz seriyasını 16 matça çatdırıb və 2026-cı ildə hələ də qalib gələ bilməyib.

Bu nəticədən sonra "Espanyol" 39 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. "Levante" isə 33 xalla 19-cu yerdədir və aşağı liqaya düşmə zonasında qalır.

İdman.Biz