"Latsio" və "Udineze" heç-heçə etdi, "Kalyari" "Atalanta"nı məğlub etdi - YENİLƏNİB + VİDEO

28 Aprel 2026 01:02
916
"Latsio" və "Udineze" heç-heçə etdi, "Kalyari" "Atalanta"nı məğlub etdi

İtaliya A Seriyasının 34-cü turunda "Latsio" və "Udineze" qalibi müəyyənləşdirə bilməyib.

İdman.Biz xəbər verir ki, Romada keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Qonaqlar 18-ci dəqiqədə Yurgen Ekkelenkampın ötürməsindən sonra Kinqsli Ehizibue ilə hesabı açıb. İkinci hissədə Luka Pelleqrini hesabı bərabərləşdirib, 80-ci dəqiqədə isə Pedro Rodriqes "Latsio"nu önə çıxarıb.

Lakin oyunun sonlarında "Udineze" dönüş edib - Artür Atta dubl müəllifi olub. Buna baxmayaraq, son saniyələrdə Daniel Maldini "Latsio"ya heç-heçə qazandırıb.

Bu nəticədən sonra "Udineze" 44 xalla 11-ci pillədə qərarlaşıb, "Latsio" isə 48 xalla 8-ci yerə yüksəlib.

23:09

İtaliya A Seriyasının 34-cü turunda "Kalyari" "Atalanta" üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, "Unipol Domus" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Artıq 1-ci dəqiqədə Pol Mendi "Kalyari"ni önə çıxarıb, 8-ci dəqiqədə isə dubla imza atıb. Birinci hissənin sonlarında "Atalanta" Canluka Skamakkanın qolları ilə (40 və 45-ci dəqiqələr) hesabı bərabərləşdirib. Lakin fasilədən dərhal sonra Cennaro Borrelli yenidən meydan sahiblərini önə çıxararaq qələbə qolunu vurub.

Bu nəticədən sonra "Atalanta" 54 xalla 7-ci pillədə qərarlaşıb. "Kalyari" isə 36 xalla 16-cı sıradadır və təhlükəli zonadan fərqi 8 xala çatdırıb.

İdman.Biz