Cerrard Premyer Liqanı tərk edən klubun baş məşqçisi ola bilər

27 Aprel 2026 14:58
117
Cerrard Premyer Liqanı tərk edən klubun baş məşqçisi ola bilər

“Liverpul” və futbol üzrə İngiltərə millisinin baş məşqçisi Stiven Cerrard “Börnli” klubunun baş məşqçisi vəzifəsinə təyin oluna bilər.

İdman.Biz xəbər verir ki, komanda Premyer Liqadan vaxtından əvvəl tərk edib və gələn mövsüm Çempionşipdə çıxış edəcək.

Hazırda işsiz olan Cerrardın son klubu Səudiyyə Ərəbistanının “Əl-Ettifaq” komandası olub və o, oradan ötən ilin yanvarında ayrılıb. Daha əvvəl o, həmçinin “Reyngers” və “Aston Villa” klublarını da çalışdırıb.

Mövsümün bitməsinə dörd tur qalmış “Börnli” 20 xalla turnir cədvəlində son pillələrdən birində qərarlaşıb.

İdman.Biz