Felipe Santos: “Araz-Naxçıvan”la yeni müqavilə ilə bağlı danışıq olmayıb”

27 Aprel 2026 14:43
169
Felipe Santos: “Araz-Naxçıvan”la yeni müqavilə ilə bağlı danışıq olmayıb”

“Oyun çətin keçdi. “Qəbələ” yaxşı komandadır”.

Bu fikirləri “Araz-Naxçıvan” klubunun braziliyalı yarımmüdafiəçisi Felipe Santos Azərbaycan Premyer Liqasının 29-cu turunda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, komandasının çətin vəziyyətdə olduğunu bildirib.

“Bu anda bir olmalıyıq. Mövsümə yaxşı başladıq. Lakin bu, futboldur, bəzən isdədiyin nəticələr olmur. Liqada çıxış edən komandalar yaxşıdır. Buna görə də mövsüm çətin keçir. Hələ çempionat bitməyib. Növbəti 4 oyunda uğurlu nəticə qazanmaq istəyirik. “Araz-Naxçıvan”ın formasını geyinmək mənim üçün şərəfdir. Hələlik klubla müqaviləm davam edir. Növbəti 4 oyunu fikirləşirəm. Əgər burada qalsam, xoşbəxt olaram. Amma ayrılsam da, yaxşı notlarla klubu tərk edəcəyəm. Hər il Azərbaycan klubları ilə adım hallanır. Başqa danışıqlar aparmamışam. “Araz-Naxçıvan”la da sözləşmə barədə söhbətim olmayıb. Bu iki mövsümdə Naxçıvan təmsilçisinə fayda verdiyimi düşünürəm” , - deyə o, AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” 40 xalla altıncı pillədə qərarlaşıb.

İdman.Biz