Bu gün futbol üzrə Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Turan Tovuz” doğma azarkeşləri önündə “Zirə”ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi bu qarşılaşmaya bir neçə əsas futbolçusuz çıxacaq.
Komandanın müdafiə xəttində çıxış edən Emmanuel Hakman və hücumçu Joarlem Santos cəzalı duruma düşdükləri üçün oyunu buraxacaqlar. Eyni zamanda mərkəz müdafiəçisi Roderik Millerin zədə səbəbindən meydana çıxıb-çıxmayacağı hələ də dəqiqləşməyib.
Qonaq “Zirə”də isə bir itki var. Yarımmüdafiəçi Rüfət Abdullazadə zədə səbəbindən bu görüşdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Turan Tovuz” - “Zirə” qarşılaşması saat 18:00-da start götürəcək.
