İtaliya millisinin DÇ-2026-ya vəsiqə qazana bilməməsi müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, hazırda İtaliyada ən çox müzakirə olunan məsələyə İtaliya millisinin sabiq hücumçu Mario Balotelli də münasibət bildirib.
Xatırladaq ki, İtaliya pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzaraq turnirdən kənarda qalıb.
Balotelli bildirib ki, ardıcıl üçüncü dəfə mundialı buraxmaq ciddi problemdir:
“Mənim vaxtımda millidə hiss etdiyim bağlılığı indi bir çox futbolçuda görmürəm. İndiki gənclər futboldansa telefonda oynamağa üstünlük verir. Buna görə də yeni istedadları tapmaq və inkişaf etdirmək çətinləşir”.
