Vaqif Sadıqov: “Neftçi” “Qarabağ”la oyunda böyükhesablı məğlubiyyətə layiq deyildi”

27 Aprel 2026 13:44
173
Vaqif Sadıqov: “Neftçi” “Qarabağ”la oyunda böyükhesablı məğlubiyyətə layiq deyildi”

Misli Premyer Liqasının 29-cu turunda baş tutan “Neftçi” - “Qarabağ” derbisinin yekun nəticəsi gözlənilməz olub.

Bu sözləri Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

67 yaşlı mütəxəssis ötən gün baş tutan matçla bağlı fikirlərini bölüşüb.

“Hər birimiz bu derbini maraqla gözləyirdik. Hər dəfə bu komandalar arasındakı oyun məzmuna, gərginliyə görə seçilib. Azarkeş marağı göstərdi ki, bu matç derbi kimi yaşayır. Hesab heç kimin ağlına gəlməzdi. Hər kəs üçün gözlənilməz oldu. İlk dəqiqələrdən də bunu demək olmazdı”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

V.Sadıqov Bakı təmsilçisinin böyükhesablı məğlubiyyətə layiq olmadığını sözlərinə əlavə edib:

“Komanda çalışırdı və sonadək mübarizə aparırdı. Amma belə hesab qeydə alındı. “Qarabağ” öz oyun üslubunu saxlamışdı. Heyətində yetərincə keyfiyyətli futbolçular var. “Neftçi” isə avrokubok üçün yola davam etməlidir. Artıq üç gündən sonra komandalar arasında təxirə salınmış matç keçiriləcək. Düşünürəm ki, dünənki qarşılaşma təhlil olunacaq və növbəti matçda daha fərqli “Neftçi” görəcəyik”.

Xatırladaq ki, “Qarabağ” “Neftçi”ni 5:1 hesabı ilə məğlub edib.

İdman.Biz