Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Hertseq Novi şəhərinə yollanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, yığma Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını başa vurub. Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Hertseq Novi şəhərinə yollanıb.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may - 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək
