İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsi üçün strategiyasını dəqiqləşdirib.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.
Bildirilir ki, klub futbolçuları yalnız o halda satacaq ki, əldə olunan vəsait komandanın gücləndirilməsinə yönəldilə bilsin.
Eyni zamanda, “Barselona” heç bir oyunçunu məcburi şəkildə komandadan uzaqlaşdırmağı və ya onları dəyərindən ucuz qiymətə satmağı planlaşdırmır.
