İstanbul təmsilçisi "Fənərbağça" Domeniko Tedeskonun baş məşqçi postundan ayrıldığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, qərar klubun direktorlar şurasının iclasında qəbul olunub. Tedeskonunla yanaşı onun məşqçilər korpusu da komandanı tərk edib. Həmçinin klub idman direktoru Devin Özek və futbol üzrə koordinator Berke Çelebi ilə də yollarını ayırıb.
"Bildiririk ki, direktorlar şurasının iclasında qəbul olunan qərara əsasən baş məşqçi Domeniko Tedesko və onun məşqçilər heyəti ilə yollarımız ayrılıb. Klubumuzun inkişafına verdikləri töhfəyə görə onlara təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq", – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, mövsümün qalan oyunlarında komandaya baş məşqçinin köməkçisi Zeki Murat Göle rəhbərlik edəcək.
