Ruslan Həsənov Dünya kubokunda mübarizəni dayandırıb

11 Noyabr 2023 12:54
344
Ruslan Həsənov Dünya kubokunda mübarizəni dayandırıb

İsveçrədə qılıncoynatmanın şpaqa növü üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisinin üzvü Ruslan Həsənov mübarizəsini dayandırıb.

O, təsnifat mərhələsini adladıqdan sonra Auqust Yenseni (Danimarka) 15:3 hesabı ilə üstələyib. Həsənov 1/64 final mərhələsində Roman Petrovla (Qırğızıstan) qarşılaşıb və 9:15 hesabı ilə uduzub.

Qeyd edək ki, Dünya kubokunun final görüşləri noyabrın 12-də keçiriləcək.

Emin Ağa

İdman.biz