Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Rusiya milli komandalarının beynəlxalq yarışlarda bayraq və himnlə iştirakına icazə verib.
İdman.Biz xəbər verir ki, federasiyanın qəbul etdiyi qərar iyulun 22-də Honq-Konqda start götürəcək Qılıncoynatma üzrə Dünya Çempionatından etibarən qüvvəyə minəcək.
Beləliklə, Rusiya qılıncoynatma yığmaları uzun fasilədən sonra yenidən rəsmi beynəlxalq yarışlarda öz dövlət atributları ilə təmsil olunacaqlar.
Qeyd edək ki, son illərdə rusiyalı idmançılar bir çox beynəlxalq yarışlarda neytral status altında çıxış edirdilər. Yeni qərarla qılıncoynatma üzrə milli komandalar üçün bu məhdudiyyət aradan qaldırılıb. Daha əvvəl isə su idman növlərinə, güləşçilərə və gimnastlara da bütün qadağalar ləğv edilib.
