Qılıncoynatmada Bakı birinciliyinə yekun vuruldu - FOTO

24 May 2026 17:33
129
Qılıncoynatmada Bakı birinciliyinə yekun vuruldu - FOTO

Qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında Bakı birinciliyi başa çatıb.

İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Texniki Universitetinin qılıncoynatma zallarında təşkil olunub.

İki gün davam edən birincilikdə idmançılar sablya və şpaqa növləri üzrə qüvvələrini sınayıblar. Yarışın yekununda hər iki növdə qaliblər və mükafatçılar müəyyənləşib.

Turnir yeniyetmə və gənc qılıncoynadanların hazırlıq səviyyəsinin yoxlanılması, həmçinin perspektivli idmançıların üzə çıxarılması baxımından əhəmiyyət daşıyıb.

Sablya üzrə yeniyetmə qızlar:
1.İrina Lobas
2.Vikrotiya Lazareva
3.Zəhra Xəlilova, Cahan Sadıxova

Sablya üzrə yeniyetmə oğlanlar:
1.Nəcəf Şabanlı
2.Əbdülmalik Nəsibzadə
3.David Dametov, Sultan Sultanov

Şpaqa üzrə yeniyetmə qızlar:
1.Mirnuray Abasova
2.Aydan Atakişiyeva
3.Jasmin Əliyeva,Esnad Mirzəyeva

Şpaqa üzrə yeniyetmə oğlanlar:
1.Rəhman Məmmədov
2.Bəhram Əliyev
3.Ağamusa Məmmədov,İbrahim İmirzayev

Sablya. Gənclər.
Qızlar:

1.Leyla Əhmədova
2.Ayan Ağasıyeva
3.Fərəh Abasova, İrina Lobas

Oğlanlar:
1.Abbas Hüseynov
2.Nahid Məmmədli
3.Səid Sultanlı, Timur Husnaddinov

Şpaqa. Gənclər.
Qızlar:

1.Xədicə Həsənli
2.Mirnuray Abasova
3.Nəzrin Mehdiyeva,Jasmin Əliyeva

Oğlanlar:
1.Oruc Mİsirzadə
2.Mirxətai Məmmədov
3.Emin Səfərbəyov,Rəhman Məmmədov.

İdman.Biz