Qılıncoynadanlarımız Fransada medal uğrunda mübarizə aparacaqlar

14 İyun 2026 18:35
107
Qılıncoynadanlarımız Fransada medal uğrunda mübarizə aparacaqlar

Azərbaycanın qılıncoynatma üzrə milli komandası Fransada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, 16-21 iyunda Antoni şəhərində təşkil olunacaq yarışda ölkəmizi doqquz idmançı təmsil edəcək.

Qadınların sablya yarışında Anna Başta, Sabina Kərimova, Polina Kasperoviç və Zərifə Hüseynova mübarizə aparacaqlar.

Kişilərin sablya turnirində isə Murad Əkbərov, Maqsud Hüseynli, Abbas Hüseynli və Saleh Məmmədov ölkəmizin idman şərəfini qoruyacaqlar.

Şpaqa yarışında Azərbaycanı Vahab Fətullayev təmsil edəcək.

Bundan əlavə, Azərbaycan kişilər və qadınlar arasında sablya üzrə komanda yarışlarında da iştirak edəcək.

Qeyd edək ki, Avropa çempionatı qitənin aparıcı qılıncoynadanları üçün mövsümün əsas yarışlarından biri hesab olunur.

İdman.Biz