Anna Başta üçüncü yeri tutub

Xəbərlər
22 Oktyabr 2023 00:03
163
Anna Başta üçüncü yeri tutub

Türkiyənin İstanbul şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə "Satellite" turniri başa çatıb.

İdman.biz xəbər verir ki, qadınlardan ibarət milli komandamızın lideri Anna Başta yarışda bürünc medal qazanıb.

Qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna turnirin yarımfinala kimi irəliləməyi bacarıb.

Anna pley-offda Gürcüstan təmsilçisi Yeva Ahamian (15:5), əlcəzairli Kehla Zohra Nora (15:6), rumın Sabina Martis (15:12) və Türkiyə qılıncoynadanı Erbil Nisanura (15:8) qalib gələrək yarımfinala yüksəlib. O, burada güclü Ukrayna sablyaçısı Olqa Xarlanla qarşılaşıb. Başta turniri qalib başa vuran Olqa Xarlana 10:15 hesabı ilə uduzub.

İdman.biz