Yığma Finlandiyanı məğlub edib, Polşaya uduzub - FOTO

Xəbərlər
3 Mart 2024 12:34
371
Yığma Finlandiyanı məğlub edib, Polşaya uduzub - FOTO

İtaliyanın Neapol şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyinə başa çatıb.

İdman.biz xəbər verir ki, gənclərin turnirində ən yüksək nəticəyə sablyaçı Murad Ələkbərov imza atıb.

O, birinciliyi 11-ci pillədə başa vurub. Murad Əkbərov, Saleh Məmmədov, Ayxan Xasıyev və Maqsud Hüseynlidən ibarət sablya üzrə gənclər yığması komanda yarışında Türkiyə yığmasına 35:45 hesabı ilə uduzub.

Aynur Quliyeva, Xədicə Həsənli, Azərin İdriszadə və Nəzrin Mehdiyevadan ibarət şpaqa üzrə gənclərdən ibarət Azərbaycan millisi ilk görüşdə Finlandiyaya 45:35 hesabı ilə qalib gəlib. Komandamız növbəti mərhələdə Polşa yığmasına 30:45 hesabı ilə uduzub.

Zərifə Hüseynova, Fidan Quliyeva, Fərəh Abbasova və Züleyxa Sultanlıdan ibarət sablya yığmamız isə ilk görüşdə Fransa yığmasına 32:45 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

İdman.biz