Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq

11 İyun 2026 10:20
114
Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq

12-14 iyun tarixlərində Azərbaycanın trek velosipedi üzrə milli komandası Çexiyanın Brno şəhərində keçiriləcək “Grandprix Brno Cycling Track” və “Grandprix Austria” yarışlarında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdman Federasiyası məlumat yayıb.

Milli komandanın heyətində U-23 yaş kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənclər arasında isə Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov və Nihad Xudoyev çıxış edəcəklər. Yarışlara qatılacaq idmançılar sırasında Viktoriya Sidorenko da yer alıb.

Komandamıza baş məşqçi Vladimir Buşanskiy və böyük məşqçi Elçin Qasımovun rəhbərlik edir.

İdman.Biz