ABŞ-li velosipedçi Sepp Kuss “Tour de France” yarışının 20-ci mərhələsində ciddi təhlükə ilə üzləşib.
İdman.Biz “L'Équipe”yə istinadən xəbər verir ki, “Visma-Lease a Bike” komandasının üzvü eniş zamanı döngələrdən birində idarəetməni itirərək yolun kənarına çıxıb. Kuss uçurumun kənarında quraşdırılmış qoruyucu tora çırpılıb və aşağı düşməkdən son anda xilas olub.
Hadisə velosipedçinin mərhələyə liderlik etdiyi vaxt baş verib. O, əvvəlcə tuneldə yıxılıb, qısa müddət sonra isə növbəti döngədə yenidən qəzaya uğrayıb. İkinci insidentdə Kuss uçurumun kənarına qədər gedib və yalnız qoruyucu tor onun daha ağır nəticə ilə üzləşməsinin qarşısını alıb.
Kuss hadisədən sonra yarışa davam edib və mərhələni üçüncü pillədə başa vurub. Onun qəzalarından istifadə edən ekvadorlu Richard Carapaz Alpe d’Huez finişində mərhələnin qalibi olub.
