Şagirdlər üçün Respublika Velotrekində infotur təşkil edilib - FOTO

10 İyun 2026 22:35
179
Şagirdlər üçün Respublika Velotrekində infotur təşkil edilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Kaspi Liseyinin şagird heyəti üçün Respublika Velotrekində infotur təşkil olunub.

İdman.Biz bildirir ki, infotur çərçivəsində 50-yə yaxın şagird Velotreklə yaxından tanış olub, burada yaradılmış şərait barədə ətraflı məlumat əldə ediblər. İştirakçılar velosipedçilərin məşq prosesini izləyərək peşəkar idmançıların hazırlıq mərhələsi ilə tanış olublar.

Şagirdlər həmçinin Respublika Olimpiya Velosiped Məktəbinə, müasir avadanlıqlarla təchiz olunmuş fitnes zalına və Velosiped Muzeyinə baxış keçiriblər. Onlara Azərbaycan velosiped idmanının tarixi, əldə olunan nailiyyətlər və müxtəlif eksponatlar barədə məlumat verilib.

İnfoturun məqsədi məktəblilər arasında velosiped idmanının təbliği, sağlam həyat tərzinin təşviqi və gənclərin idmana marağının artırılması olub

İdman.Biz