Sloveniyalı velosipedçi Tadej Poqaçar “Tur de Frans”ın 2026-cı il yarışının qalibi olub.
İdman.Biz reuters.com-a istinadən xəbər verir ki, "UAE Team Emirates XRG" komandasının lideri bununla da karyerasında beşinci dəfə bu nüfuzlu veloturu qazanaraq Jak Anketil, Eddi Merks, Bernar İno və Migel İnduraynın rekorduna şərik çıxıb.
27 yaşlı idmançı ardıcıl üçüncü dəfə sarı formanı qazanıb. Ümumi təsnifatda belçikalı Remko Evenepul ikinci, meksikalı İsak del Toro isə üçüncü yeri tutub.
Poqaçar yarış ərzində beş mərhələdə qələbə qazanıb. Onun əsas rəqibi Yonas Vinqeqor isə 15-ci mərhələdə yıxılaraq mübarizəni dayandırıb.
Son mərhələnin qalibi niderlandlı Matye van der Pul olub. O, fotofinişdə komanda yoldaşı Yasper Philipseni qabaqlayıb.
Builki “Tur de Frans” daha bir tarixi hadisə ilə yadda qalıb. İlk dəfə olaraq Fransa, İtaliya və İspaniyadan heç bir velosipedçi yarışın mərhələ qalibi ola bilməyib. Bundan başqa, Bordo yaxınlığındakı meşə yanğınları səbəbindən son mərhələnin məsafəsi ənənəvi 133 kilometrdən 89 kilometrə endirilib.
