Trek yığmamız Avropa çempionatına hazırlığı beynəlxalq yarışla davam etdirəcək

5 İyun 2026 11:42
99
Trek yığmamız Avropa çempionatına hazırlığı beynəlxalq yarışla davam etdirəcək

Azərbaycanın trek velosipedi üzrə milli komandası iyul ayında Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdman Federasiyası məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Vladimir Buşanskiy və böyük məşqçi Elçin Qasımovun rəhbərliyi altında milli komanda hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində Slovakiyanın Presov şəhərində təşkil olunacaq “GP Presov” beynəlxalq yarışında qüvvəsini sınayacaq.

Yarışda Azərbaycanın heyətində U-23 yaş kateqoriyası üzrə Tural İsrafilov və Maksim Trendelyov, gənclər arasında isə Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov və Nihad Xudoyev iştirak edəcəklər. Komandanın heyətinə həmçinin Viktoriya Sidorenko da daxil edilib.

İdman.Biz