Azərbaycan millisinin Avropa çempionatı üçün heyət müəyyənləşib

Xəbərlər
18 Oktyabr 2023 15:24
129
Azərbaycan millisinin Avropa çempionatı üçün heyət müəyyənləşib

Noyabrın 10-21-də Monteneqronun Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, mötəbər yarışda iştirak edəcək Azərbaycanın yığma komandalarının heyəti müəyyənləşib.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli daxil edilib. Şahmatçı Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanacaq.

Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaq.

İdman.biz