Beynəlxalq Şahmat Federasiyasının (FIDE) keçmiş prezidenti Kirsan İlyumjinov təşkilatın prezidentliyinə namizədlərin yekun siyahısına düşə bilmədikdən sonra şahmat fəaliyyətini dayandırdığını açıqlayıb.
İdman.Biz bildirir ki, İlyumjinov hazırkı FIDE prezidenti Arkadi Dvorkoviçin müvəqqəti olaraq istefa verməsi və təşkilatın qarşıdan gələn prezident seçkilərində iştirak etməməsi qərarından sonra namizədliyini açıqlamışdı.
“Bu gün qərar verdim - şahmatdan gedirəm, bütün şahmat fəaliyyətlərini dayandırıram. Karyeramı ətraflı təhlil etdim. FIDE prezidenti kimi qazana biləcəyim bütün titulları aldım. Şahmat dünyasını birləşdirdik və Beynəlxalq Olimpiya Komitəsi şahmatı idman növü kimi tanıdı. Amma vaxtında getmək lazımdır”, - deyə İlyumjinov bildirib.
İlyumjinov 1995-2018-ci illərdə FİDE prezidenti olub.
