Dvorkoviç FIDE prezident seçkilərində İlyumjinovu dəstəkləməyəcək

24 İyul 2026 14:08
76
Dvorkoviç FIDE prezident seçkilərində İlyumjinovu dəstəkləməyəcək

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa İttifaqının sanksiya siyahısına daxil edildikdən sonra səlahiyyətlərinin icrasını müvəqqəti dayandırdıqdan sonra təşkilat rəhbərliyinə qarşıdan gələn seçkilərdə Kirsan İlyumjinovu dəstəkləmək niyyətində olmadığını bildirib.

İdman.Biz xəbər verir ki, daha əvvəl FIDE-yə rəhbərlik etmiş Kirsan İlyumjinov yenidən təşkilatın prezidenti postu uğrunda mübarizə aparacağını açıqlayıb.

“Mən FIDE prezident seçkilərində Kirsan İlyumjinovu qətiyyən dəstəkləməyəcəyəm, çünki onun mövqeyini bölüşmürəm”, - deyə Dvorkoviç açıqlamasında bildirib.

FIDE prezident seçkiləri bu ilin sentyabrında Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baş tutmalıdır. Arkadi Dvorkoviçin komandasına Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov da daxildir.

Xatırladaq ki, Avropa İttifaqı Dvorkoviçi 21-ci sanksiyalar paketinə daxil etdikdən sonra o, könüllü şəkildə təşkilat prezidenti səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb. Hazırda FIDE prezidentinin səlahiyyətlərini təşkilatın birinci vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edir.

İdman.Biz